“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını “Barselona”da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, İspaniya klubu bu transferi rəsmən açıqlayıb. Almaniya millisinin üzvünün kataloniyalılarla sözləşməsi daha bir mövsüm uzadılmaq şərti ilə ikiillik nəzərdə tutulub. 32 yaşlı orta sahə oyunçusunun sərbəst qalma məbləği 400 milyon avrodu. Onun “Mançester Siti” ilə müqaviləsi bitdiyi üçün yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, İlkay Gündoğan ötən mövsüm İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və Çempionlar Liqasının qalibi olub.