Azərbaycanlı FIFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb. Sportarena.az xəbər verir ki, onun 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun bəlli olub.
Ağayev C qrupunun III turu çərçivəsində İngiltərə - Almaniya matçında ədaləti qoruyacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qeyd edək ki, oyun iyunun 28-də “Batumi Arena”da keçiriləcək. Avropa çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha öncə A qrupunun Belçika - Niderland (0:0) qarşılaşmasında iş başında olub.