“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo yenidən İtaliyaya qayıda bilər. Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçu “Yuventus”un maraq dairəsinə düşüb.
Turinlilər İtaliya millisinin üzvü üçün Türkiyə klubuna 15 milyon avro təklif edib. Lakin “sarı-qırmızılılar”ın buna cavabı “yox” olub. Buna baxmayaraq, “cim-bom” ulduz futbolçusunu satmağın əleyhinə deyil. Sadəcə olaraq, İstanbul nəhəngi onun keçidindən minimum 35 milyon avroluq gəlir götürməyi hədəfləyir.
Qeyd edək ki, Nikolo Zaniolo “Qalatasaray”a bu ilin əvvəlində “Roma”dan keçib.