"Xoş qayıtdın": “Dinamo” Mahiri bu sözlərlə qarşıladı

14:20 26 İyun 2023

Bu ilin fevral ayından icarə əsasında "Konyaspor"da çıxış edən Mahir Emreli müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdıb.

Sportarena.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

Millimizin üzvü iyunun 25-dən komandanın düşərgəsinə qoşulub. Mahir kimi, "Dinamo"nun icarəyə göndərdiyi bir neçə oyunçusu da komandaya qayıdaraq təlim-məşq toplanışında iştirak edir.

Klubun rəsmi İnstaqram səhifəsi Mahir Emrelinin şəklini "Xoş qayıtdın" sözləri ilə paylaşıb.


Digər xəbərlər

Xəbər xətti