"İmişli" futbol klubuna SPONSOR TAPILDI

01:02 27 İyun 2023

“İmişli” ilə “RDC” MMC arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Sportarena.az xəbər verir ki, bu gün Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan imzalanma mərasimi Fondun icraçı direktoru Tural Piriyevin açılış nitqi ilə başlayıb. O bildirib ki, “Biz sponsorluq danışıqlarının aparılmasına xüsusi həssaslıqla yanaşırıq. Çalışırıq ki, hər zaman həm klub, həm də sponsor üçün faydalı tərəfdaşlıq olsun. Tərəfdaşlıq razılaşmasının hər detalına xüsusi diqqət ayırırıq ki, uzun müddət çəkən danışıqlar, uzunömürlü tərəfdaşlıq olması üçün zəmin yaratsın”.

İmzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov və “RDC” MMC-nin direktoru Dr. Kamran Eyyubov imzalayıblar. Müqaviləyə əsasən, “RDC” MMC “İmişli” PFK-nın baş sponsoru qismində çıxış edəcək.

2018-ci ildə təsis olunan “RDC” MMC müxtəlif sektorlarda, kiçik, orta və böyük şirkətlərə topdan ticarət və konsaltinq üzrə xidmətlərlə fəaliyyət göstərir. 


Digər xəbərlər

Xəbər xətti