Təl-Əviv “Makkabi”si əfsanəvi irlandiyalı Robbi Kini baş məşqçi təyin edib.
Sportarena.az xəbər verir ki, “Tottenhem”in və İrlandiya millisinin sabiq hücumçusu İsrail klubu ilə 2 illik müqavilə imzalayıb. 42 yaşlı mütəxəssis yaxın günlərdə yeni klubu ilə mövsümöncəsi məşqlərə başlamaq üçün Təl-Əvivə yollanacaq. Kin əvvəllər “Midlsbro” və İrlandiya yığmasında baş məşqçi köməkçisi olub.
O, 2018-ci ilin yazında Teddi Şeringem istefaya göndərildikdən sonra Hindistanın ATK klubunda futbolçu-məşqçi kimi 3 oyun keçirib və mövsümün sonunda komandadan ayrılıb.