PSJ-nin hücumçusu Mauro İkardinin “Milan”a keçmək şansı var.
Sportarena.az xəbər verir ki, Paris klubu argentinalı forvardı satmaq niyyətindədi. Fransa çempionu bu keçid müqabilində 15-20 milyon avro gəlir götürməyi planlaşdırır. Bu məbləğ italyanlar üçün ciddi problem deyil. Ancaq ulduz futbolçunun yüksək maaşı “rossonyerlər”i çaşdırır. İkardi ildə 7 milyon avro tələb edir.
Forvard transferin baş tutması üçün maliyyə tələblərini azaltmalı olacaq. İkardi özü “Milan”da oynamaq arzusundadı. Eyni zamanda “Qalatasaray” variantı da var.
Qeyd edək ki, Mauro İkardi ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib.