Elçin Məsiyev Çempionlar Liqası oyununu idarə edəcək

11:59 27 İyun 2023

Azərbaycanlı hakim Elçin Məsiyev Çempionlar Liqası matçına təyinat alıb.

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi "Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) oyununu idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu idarə edəcək.

Qeyd edək ki, "Jalqiris" - "Struqa" qarşılaşması iyulun 11-də Bakı vaxtilə saat 20:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti