"Liverpul" Mbappeni transfer etməyə hazırlaşır

13:21 27 İyun 2023

İngiltərənin "Liverpul" klubu futbol tarixinin ən bahalı transferini həyata keçirə bilər.

Sportarena.az xəbər verir ki, Mersisayd təmsilçisi PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyi planlaşdırır. Bu barədə "Radio Marca" məlumat yayıb. Premyer Liqa nəhənginin 24 yaşlı forvard üçün Fransa klubuna 250+50 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. 24 yaşlı forvard son mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir. 


Digər xəbərlər

Xəbər xətti