"Fənərbaxça"nın yeni baş məşqçisi açıqlandı

16:03 27 İyun 2023

Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisini İsmail Kartal çalışdıracaq. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi gözlənilir.

Qeyd edək ki, İsmail Kartal 2014-2015 və 2022-ci ildə "Fənərbaxça"nın baş məşqçisi olub. Təcrübəli mütəxəssis "Eskişehirspor", "Qaziantepspor", "Ankaragücü", "Rizespor", "Konyaspor" və "Erzurumspor"u çalışdırıb. 


Digər xəbərlər

Xəbər xətti