“Dinamo” - “Jelezniçar” oyunu Bakıda keçiriləcək - UEFA təsdiqlədi

13:49 27 İyun 2023

UEFA Konfrans Liqasının "Dinamo" (Minsk, Belarus) - Jelezniçar" (Bosniya və Herseqovina) matçı Azərbaycanda keçiriləcək.

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Qarabağ"a məxsus olan "Azersun Arena"da baş tutacaq. Görüş 20 iyul tarixində saat 21:00-da başlayacaq.

UEFA-nın qərarına əsasən, Belarus klubları avrokuboklarda ev oyunlarını neytral meydanda keçirir.

Qeyd edək ki, “Dinamo” – “Jelezniçar” cütünün qalibi II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq. 


Digər xəbərlər

Xəbər xətti