“Qarabağ”ın ilk matçının hakim təyinatları məlum oldu

17:10 27 İyun 2023

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Cəbəllüttariqin “Linkoln” komandası arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.

Sportarena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Latviyadan olan hakimlər briqadasına tapşırıb.

Matçın baş hakimi Vitali Spasyonnikov olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Aleksandr Anufriyev yerinə yetirəcək. “Qarabağ”ın “Linkoln”la ilk oyunu iyulun 11-də Cəbəllüttariqdəki “Viktoriya” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti