İtaliyada futbolçulara 88 nömrəli forma qadağan edilib

19:00 27 İyun 2023

İtaliyada nasist lideri Adolf Hitleri xatırlatdığı üçün futbolçuların forma nömrəsi olaraq “88” alması qadağan edilib.

Sportarena.az xəbər verir ki, bu haqda İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamədə qeyd olunub.

Daxili işlər naziri Matteo Piantedosinin açıqladığı niyyət bəyannaməsi çərçivəsindəki qərara əsasən, futbolçulara ölkədə neo-nasist irqçi qrupların nasist lideri Adolf Hitlerə təriflər yağdıran “Heil Hitler” salamının simvolu  “H” hərfinə qarşılıq “88” rəqəmindən forma nömrələrində istifadə qadağan olunub.

Bu qərarla İtaliya yüksək liqasında (Seria A) mübarizə aparan “Atalanta”da çıxış edən Mario Paşaliç və “Latsio”nun 27 yaşlı oyunçusu Toma Basiç yeni müvsümdən 88 nömrəli forma geyinməyəcəklər. 


Digər xəbərlər

Xəbər xətti