Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu ilk yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, komanda Macarıstan çempionu "Ferentsvaroş"la üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə bitib. Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.