Neymar PSJ-dən ayrılmaq fikrində deyil.
Sportarena.az xəbər verir ki, Kilian Mbappenin klubdan getmək ehtimalı onun klubdakı dəyərini artırıb.
Lionel Messidən sonra fransalı forvard da ayrılarsa, rəhbərlik Braziliya millisinin üzvünü saxlamağa çalışacaq. Luis Enrikenin təyinatı da futbolçunun qərarına təsir edə bilər. Onun “Barselona”da birgə işlədiyi ispaniyalı mütəxəssislə çox yaxşı münasibəti var idi.
31 yaşlı forvard nəyin bahasına olursa-olsun komandada qalmağı düşünür. Xüsusən də, Səudiyyə Ərəbistanı variantı onu maraqlandırmır.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.