Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra Azərbaycan medal sıralamasında 24-cü sıradadır.
Sportarena.az xəbər verir ki, medallardan 2-si qızıl, 1-i gümüş, 5-i isə bürüncdür. Azərbaycanın hesabında 8 medal var.
Karateçilər Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) çempion olub, taekvondoçu Sayad Dadaşov (54 kq) gümüş medala sahib çıxıb. Karateçi Asiman Qurbanlı (+84 kq), taekvondoçu Qaşım Maqomedov (68 kq) və muay-tayçılar Aisu Davrişova (57 kq), Emili Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) bürünc medal qazanıblar.
Sıralamada ilk sıranı 63 medalla İtaliya tutur.