"Qalatasaray"ın hücumçusu qəza keçirdi - FOTOLAR

15:26 28 İyun 2023

"Qalatasaray"ın və Türkiyə milli komandasının üzvü Barış Alper Yılmaz qəza keçirib.

Sportarena.az xəbər verir ki, hadisə Giresunda baş verib. 23 yaşlı hücumçunun idarə etdiyi avtomobil qarşıdan gələn maşınla toqquşub. Hər iki sürücü xəsarət almasa da, müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Ön xətt oyunçusu son mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 



Digər xəbərlər

Xəbər xətti