İngiltərənin "Tottenhem" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, London təmsilçisi "Empoli"dən Qulyelmo Vikarionu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Tottenhem" 26 yaşlı "əlcək sahibi" üçün İtaliya klubuna 19 milyon avro təzminat ödəyib. İtaliyalı qolkiper Premyer Liqa təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.