"Trabzonspor" məşhur hücumçuya təklif göndərdi

23:01 28 İyun 2023

Türkiyənin "Trabzonspor" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportarena.az xəbər verir ki, Qara Dəniz təmsilçisinin əsas hədəfi "Lester Siti"də çıxış edən Ceymi Vardidir. Bu barədə "beIN SPORTS" məlumat yayıb. Super Liqa klubunun 36 yaşlı forvard üçün ingilislərə rəsmi təklif göndərdiyi bildirilir.

"Lester Siti" Premyer Liqanı tərk etdiyi üçün təcrübəli futbolçunun bu təklifə isti yanaşdığı iddia olunur.

Qeyd edək ki, "Lester Siti" Ceymi Vardini 2012-ci ilin yayında "Fleetvud"dan transfer edib. İngiltərə millisinin sabiq üzvü son mövsümdə "tülkülər"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti