Azərbaycanlı hakim Əliyar Ağayev 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının İngiltərə - Almaniya matçını idarə edib.
Sportarena.az xəbər verir ki, bu oyunda FIFA referisinə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Əliyar Ağayev İngiltərədən Eşli Koliyə sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar Ağayev Avropa çempionatında daha əvvəl A qrupunda Belçika - Niderland (0:0) oyununu idarə edib, C qrupunda isə Çexiya - Almaniya matçının (2:1) 4-cü hakimi olub.