ABŞ-ın "İnter Mayami" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, MLS təmsilçisini Jerardo Martino çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son iş yeri Meksika millisi olan 60 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Argentina millisinin üzvü Lionel Messi "İnter Mayami"yə transfer olub.