“Matç TV” turnirində iştirak edəcək “Neftçi” Rusiyaya yollanıb.
Sportarena.az xəbər verir ki, komanda çarter reysi ilə yarışın keçiriləcəyi Sankt-Peterburq şəhərinə çatıb. “Ağ-qaralar” orada olduğu müddətdə 3 görüş keçirəcək. Premyer Liqanın bürünc mükafatçısı ilk olaraq iyulun 1-də yerli “Zenit”lə qüvvəsini sınayacaq.
Komanda ayın 8-də “Srvena Zvezda”, 15-də isə “Fənərbaxça” ilə qarşılaşacaq.