UEFA Superkubokunda əlavə vaxt ləğv edildi

15:17 29 İyun 2023

UEFA Superkuboku matçının reqlamentində dəyişiklik edilib.

Sportarena.az xəbər verir ki, görüşdə artıq əlavə vaxt oynanılmayacaq. Əsas vaxt heç-heçə ilə başa çatdığı zaman qalib birbaşa penaltilər seriyasında müəyyənləşəcək.  

Qeyd edək ki, UEFA Superkuboku Çempionlar Liqasının qalibi ilə Avropa Liqasının qalibi olan komanda arasında oynanılır. 2023-cü ildə görüşdə “Mançester Siti” “Sevilya” ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti