Azərbaycan Avropa Oyunlarında neçəncidir? - Medal sıralaması

10:09 30 İyun 2023

Polşada keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Sportarena.az xəbər verir ki, ölkəmiz 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

Sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Əvəzində isə Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib. 


Digər xəbərlər

Xəbər xətti