“Fənərbaxça”nın gənc futbolçusu Arda Güler “Barselona”ya keçə bilər.
Sportarena.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta TV3-ə açıqlamasında türk yarımmüdafiəçini gələn il heyətə cəlb etmək istədiklərini deyib:
“Deko (klubun idman direkotur-red.) indi Arda Gülerin transferi üzərində işləyir. Bizim skautinq şöbəmiz Ardanı əvvəldən izləyirdi. Dekonun fikrini bilirik. Gələn il üçün razılaşmanı tamamlamağa çalışırıq”.
Türkiyənin “Fotomaç” nəşri isə "Barselona" nümayəndələrinin 18 yaşlı futbolçunun transferi ilə bağlı danışıq üçün İstanbula gəldiklərini yazıb.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan istedadlı futbolçunun sərbəst qalma dəyəri 17.5 milyon avro qiymətləndirilir.