Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa kişilər və sablya qadınlarda komanda yarışlarına start verilib.
Sportarena.az xəbər verir ki, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət milli komandamız mübarizəyə başlayıb.
Yığmamız ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən görüşdə Estoniyaya 41:43 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.