Mahir Emreli “Konyaspor”a qayıda bilər - SON DURUM

14:12 30 İyun 2023

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yenidən “Konyaspor”a qayıda bilər.

Sportarena.az xəbər verir ki, bu haqda Türkiyənin “Anadoluda bugün” qəzeti məlumat yayıb. 

Qəzet yazıb ki, Türkiyə Futbol Federasiyasının legioner limiti ilə bağlı son qərarına əsasən, M.Emreli əcnəbi oyunçu sayılmır. Xatırladaq ki, TFF-nin həmin qərarına görə, Azərbaycan da daxil olmaqla türkdilli ölkələrdən maksimum bir futbolçu yeni mövsümdən Superliqada legioner sayılmayacaq.

Qəzetin yazdığına görə, bu səbəbdən hazırda “Konyaspor”da Mahiri icarəyə götürülməsi yenidən gündəmə gəlib. Amma bununla əlaqədar qəti qərar da verilməyib. Bununla bağlı suallara yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, M.Emreli bu ilin fevralında icarə qaydasında “Konyaspor”a keçib. O, superliqada 12 oyunda iştirak edib, 2 qol vurub. Mövsüm başa çatdıqdan sonra Emreli müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdıb. Dünən Xorvatiya təmsilçisi ilə “Koper” (Sloveniya) arasında keçirilən yoxlama matçında (2:2) 26 yaşlı hücumçu 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb. Onun "Dinamo"da qalacağı, yoxsa başqa komandaya keçəcəyi hələ müəyyənləşməyib. (qol.az)


Digər xəbərlər

Xəbər xətti