"Səbail"in yay hazırlıq planı - Türkiyəyə gedəcək

14:50 30 İyun 2023

“Səbail"in yay hazırlıq planı bəlli olub.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 1-də bir araya gələcək komanda iyulun 8-nə qədər məşqlərini Bakıda keçirəcək.

Paytaxt təmsilçisi iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib. 


Digər xəbərlər

Xəbər xətti