Azərbaycanlı futbolçular İspaniyaya gedəcək

16:45 30 İyun 2023

ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın “Marcet” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportarena.az xəbər verir ki, müqaviləyə əsasən akademiyanın məşqçiləri paytaxtımıza gələrək ASTA tərəfindən seçilmiş 2008-2009-cu il təvəllüdlü 50 istedadlı futbolçu arasında seçim aparıb, 15-ni özləri ilə İspaniyaya aparacaqlar. Azərbaycanlı uşaqlar dörd il ərzində ASTA-nın sponsorluğu ilə “Barselona”ya bağlı “Marset” Futbol Akademiyasında yer alacaqlar.

2024 və ya 2025-ci ildə isə adıçəkilən akademiyanın məşqçiləri 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında seçim aparacaqlar. “Marset”in akademiyasının məşqçiləri Ragel Marmol Felipe və Rivero Karlos Arias iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi yeniyetmələri sınaqdan keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti