“Qarabağ”ın futbolçusu Musa Qurbanlının yeni klubu müəyyənləşib.
Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc hücumçu İsveçin “Djurgarden” klubu ilə anlaşıb.
Tərəflər arasında sabah 3 illik sözləşmə imzalanması gözlənilir. Bu keçid üçün İsveç təmsilçisi Ağdam klubuna yarım milyon avro ödəyəcək.
Futbolçunun özü isə ilinə 200 min avro maaş alacaq.
Onu da qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.