“Qarabağ”la oyunda çoxlu səhvlər etdik, rəqibə qol imkanları yaratdıq. Ancaq toplanış zamanı belə səhvləri bağışlamaq olar”.
Sportarena.az xəbər verir ki, bunu “Legiya”nın mərkəz müdafiəçisi Rafal Aqustinyak “Qarabağ”la keçirilən yoxlama görüşü barədə danışarkən deyib. Polşa millisinin 30 yaşlı futbolçusu qələbənin o qədər də önəmli olmadığını söyləyib:
“Qarabağ” əvvəlki rəqiblərdən qat-qat güclü idi. Azərbaycan klubu bizdən bir həftə tez hazırlığa başlamışdı. Fiziki cəhətdən bizdən yaxşı görünürdülər. Biz isə qarşılaşmadan bir gün əvvəl iki ağır məşq keçmişdik. Bu üzdən qələbə qazanmağımız xoşdu. Amma mövsümöncəsi nəticə vacib deyil. Qələbə komandanın əhvali-ruhiyyəsini artırır”.
Qeyd edək ki, Avstriyada keçirilən yoxlama matçında “Legiya” “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.