"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Reyncers"dən ayrılan Rayan Kenti heyətinə cəlb edib. İngiltərəli yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Rayan Kent "Reyncers"ə 2019-cu ilin yayında "Liverpul"dan keçmişdi. 26 yaşlı futbolçu Şotlandiya klubunda ümumilikdə 218 rəsmi matçda 33 qol vurub və 56 məhsuldar ötürmə edib.