“Vissel Kobe” ulduz futbolçusu Andres İnyesta ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Yaponiya klubundan ayrılıb. İspaniya millisinin və “Barselona”nın sabiq üzvü başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Andres İnyesta 2018-ci ilin yayından bəri “Vissel Kobe”də çıxış edib. O, 134 oyunda 26 qol vurub, 25 məhsuldar ötürmə verib.