Yarımmüdafiəçi Dominik Soboslayın yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Leypsiq”dən “Liverpul”a keçib.
Macarıstan millisinin üzvü artıq tibbi müayinədən keçdiyi “qırmızılar”la 5 illik müqavilə imzalayıb. Transferin dəyəri 70 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Dominik Soboslay “Leypsiq”ə 2021-ci ildə “Zalsburq”dan keçib.