21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, 1/4 finalda İngiltərə və Portuqaliya milliləri qarşılaşıb.
Gürcüstanın Kutaisi şəhərində keçirilən matçda İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 34-cü dəqiqədə Entoni Qordon vurub.
Yarımfinala yüksələn İngiltərə yığması burada İsraillə üz-üzə gələcək.