“İnter Mayami”nin prezidenti Xorxe Mas yeni transfer Lionel Messinin maaşını açıqlayıb.
Sportarena.az xəbər verir ki, amerikalı iş adamı "El Pais"ə açıqlamasında deyib: “Müqaviləyə əsasən, Leo ildə 46-55 milyon avro qazanacaq. Onunla danışıqlar aparmaq üçün çox vaxt sərf etdik. Mən onun atası Xorxe ilə həmişə əlaqə saxlayırdım.
Devit Bekhem (klubun sahibi - red.) Leo ilə sırf futbolla bağlı dialoq aparıb, çünki özü də peşəkar oyunçu olub. Heç kim Messiyə təzyiq etmək istəmirdi. Ona görə də biz onunla Barselonada, Mayamidə, həmçinin Rosario və Dohada danışdıq. Dünya çempionatı boyu Argentina millisinin və Messinin oyununu diqqətlə izlədim".
Qeyd edək ki, "İnter Mayami"nin Messi ilə 3 illik müqavilə bağladığı haqda xəbərlər yayılıb.