Mahir Emreli: "Mənə çox sataşırdı"

16:04 3 İyul 2023

“Belə futbolçuların gedişi istənilən komandada hiss edilər. Hər ikisi klubun əfsanəsi və böyük insandır”.

Sportarena.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli deyib. Vaxtilə Zaqrebdə oynadığı Orşiç və Ademi haqda danışan həmyerlimizin sözlərinə görə, hər ikisi üçün darıxır: “Ademi mənə çox sataşırdı və bunun üçün darıxıram. Çox danışmırdıq, amma mənimlə zarafatlar edirdi. Həqiqətən əla oyunçudur və ona gələcək karyerasında uğurlar arzulayıram. Orşiçə gəlincə, onu “baba” adlandırdığım üçün, mənə “balaca” deyirdi. Onun artıq “Dinamo”da olmamasına təəssüflənirəm, amma qərarına hörmətlə yanaşıram. İnanıram ki, onun karyerası uğurlu olacaq, çünki buna layiqdir”.  


Digər xəbərlər

Xəbər xətti