Azərbaycan Premyer Liqasında çıxış edən klubların ümumi dəyərləri yenilənib. Sportarena.az “Transfermarkt”a istinadən xəbər verir ki, 2023-24 mövsümündə yüksək liqada mübarizə aparacaq komandaların ümumi qiyməti 59,2 milyon avroya bərabər göstərilib.
Ancaq bu, 10 yox, 9 klubun ümumi dəyəridi. Çünki debütant “Araz-Naxçıvan”ın heyəti tam bilinmədiyindən, bu komanda nəzərə alınmayıb.
İndiki duruma əsasən, futbolçularının transfer qiymətlərinə görə “Qarabağ” hamını qabaqlayır. Ağdam klubunun oyunçularının ümumi dəyəri 13 milyon avrodu. İkinci sırada qərarlaşan “Sabah”da bu rəqəm 10 milyon göstərilib.
1. “Qarabağ” – 13 milyon avro
2. “Sabah” – 10,58 milyon
3. “Neftçi” – 9,05 milyon
4. “Zirə” – 6,48 milyon
5. “Turan Tovuz” – 5,58 milyon
6. “Qəbələ” – 4,48 milyon
7. “Sumqayıt” – 4,28 milyon
8. “Səbail” – 3,80 milyon
9. “Kəpəz” – 2,23 milyon
10. “Araz-Naxçıvan” - ?