Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Strasburq"la müqaviləsi başa çatan Aleksander Cikunun transferini bitirmək üzrədir. Bu barədə "TRT Spor" məlumat yayıb.
Qanalı mərkəz müdafiəçisi qısa müddət ərzində tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Aleksander Ciku "Strasburq"a 2019-cu ilin yayında "Kan"dan keçmişdi. 28 yaşlı arxa xətt oyunçusu son mövsümdə Fransa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.