Zəlzələ səbəbindən ötən mövsüm Türkiyə Superliqasından geri çəkilmək məcburiyyətində qalan "Hatayspor" yaşıl meydanlara qayıdıb.
Sportarena.az xəbər verir ki, komanda yoxlama matçında İngiltərə Çempionşip təmsilçisi "Hall Siti" ilə qarşılaşıb. Bursa Böyükşehir Belediye Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu Hatay təmsilçisinin zəlzələdən sonra ilk oyunu olub. Qarşılaşmadan əvvəl zəlzələdə dünyasını dəyişən komandanın sabiq futbolçusu Kristian Atsu və idman direktoru Tamer Savut anılıb.