"Neftçi" legionerini ilə yollarını ayırdı

21:44 10 İyul 2023

"Neftçi" futbolçusu Voislav Stankoviçlə yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib. Stankoviç karyerasını ölkəsində davam etdirəcək. O, Superliqanın debütantı "Jelezniçar" (Pançevo) ilə müqavilə imzalayıb. 

Qeyd edək ki, 36 yaşlı oyunçu 2019-cu ilin yayından Bakı klubunun formasını geyinirdi. O, Azərbaycanda "İnter" (hazırkı "Şamaxı") və "Qəbələ" komandalarında da çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti