Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi "Strasburq"dan ayrılan Aleksander Cikubu rənglərinə bağlayıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
"Fənərbaxça" 28 yaşlı mərkəz müdafiəçisi ilə 3+1 illik rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksander Ciku 2019-cu ilin yayından "Strasburq"da çıxış edirdi. Qanalı futbolçu son mövsümdə Fransa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.