“Qarabağ” Cəbəllütariqdən qələbə ilə qayıdır

00:01 12 İyul 2023

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsi start götürüb.

Sportarena.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxıb. Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşıb. 

Bakı vaxtı ilə saat 19:30 başlayan oyunda qapılara 3 top vurulub. 25-ci dəqiqədə Qomes komandasını hesabda önə çıxarıb. Fasiləyədək qapılara başqa top vurulmayıb. İkinci hissədə Cica “Qarabağ”ın bərabərlik qoluna imza atıb. Matçın sonlarında daha bir qol vuran təmsilçimiz oyundan qələbə ilə ayrılıb. 

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qomes, 25 - Cica, 59; benzea, 90+4
“Viktoriya” stadionu. Baş hakim:  Vitalijs Spasjonnikov

"Linkoln": Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe

Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Kayl Klinton, Xuan Penya, Conatan Şortino, Cumaney Börnet, Samson Acayi, Santi Luke, Li Kasyaro

Baş məşqçi: Xavi Munyos

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta

Baş məşqçi: Qurban Qurbanov


Digər xəbərlər

Xəbər xətti