SOCAR "Qalatasaray"ın sponsoru oldu - RƏSMİ

00:48 12 İyul 2023

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Qalatasaray"ın sponsoru olub.

Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Sarı-qırmızılar"ın avrokuboklarda oynayacağı matçlarda geyinəcəyi formanın ön hissəsində SOCAR-ın adı yazılacaq. Tərəflər arasında imzalanan müqavilə 3 illik müddəti əhatə edəcək. 


Digər xəbərlər

Xəbər xətti