“Qarabağ” və “Neftçi” dünya reytinqində gerilədi

00:59 12 İyul 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportarena.az xəbər verir ki, siyahıya Azərbaycanın iki komandası düşüb. 300 klubun yer aldığı cədvəldə ilk “yüzlüy”ə düşməyi bacaran “Qarabağ” 3 pillə geriləyib. Azərbaycan çempionu 138,5 xalla 74-cü sırada qərarlaşıb. Ağdam təmsilçisi “Seltik”, “Marsel”, “Atletiko” kimi nüfuzlu klubları qabaqlayıb.

“Neftçi”də isə 4 pilləlik geriləmə müşahidə olunub. “Ağ-qaralar” aktivindəki 67 xalla 291-ci yerə düşüb.

Reytinqin ilk “üçlüy”ündə dəyişiklik olmayıb. “Real” 315 xalla zirvədəki mövqeyini qoruyub. “Mançester Siti” (311 xal) ikinci, “Flamenqo” (296) isə üçüncüdü. 


Digər xəbərlər

Xəbər xətti