"Barselona"nın yetirməsi "Trabzonspor"dan ayrıldı

01:33 12 İyul 2023

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.

Sportarena.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Mark Bartra ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Super Liqa təmsilçisi ispan müdafiəçinin 2025-ci ilin yayında başa çatan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. 32 yaşlı arxa xətt oyunçusuna 1 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, "Trabzonspor" Mark Bartranı 2022-ci ilin yayında "Betis"dən transfer edib. İspaniya millisinin sabiq üzvü "bordo-mavilər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti