UEFA Konfrans Liqasının oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq mübarizəyə “Sabah” başlayıb. Latviyada RFŞ-in qonağı olan komandamız bu oyunla avrokuboklarda debüt edib.
Təmsilçimiz fasiləyə öndə yollanıb. 22-ci dəqiqədə hesabı açan Letiç komandasının qitə miqyaslı yarışda ilk qolunun müəllifi olub. Fasilədən sonra Volkov təmsilçimizin ikinci qolunu vuraraq, qələbəni rəsmiləşdirib.
Çexiyalı FIFA referisi Yan Maxalek idarə etdiyi oyunda başqa qol qeydə alınmayıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra "Bank Respublika Arena"da təşkil olunacaq.