"Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Latviyanın RFŞ klubunu 2:0 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, bu qalibiyyət Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Masazır təmsilçisinin qələbəsi ölkəmizin aktivinə 0,250 xal yazdırıb. Azərbaycanın son 5 mövsümdəki xalı 15 minə çatıb.
Azərbaycan hazırda UEFA reytinqində 29-cu pillədə qərarlaşıb. 28-ci sıradan yer alan Slovakiyanın aktivində 16 min xal var.