Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən ilk oyunlardan sonra stadionlara gələn azarkeşlərin sayı açıqlanıb.
Sportarena.az xəbər verir ki, sıralamada “Qarabağ”ın “Rakuv”la səfər qarşılaşması da var. Polşada baş tutan görüşdə ümumilikdə 5451 azarkeş olub. Bu göstərici ilə matç turnirdə günün ən maraqlı 6-cı oyunu olub.Birinci pillədə isə “Servette” (İsveçrə) – “Genk” (Belçika) görüşü qərarlaşıb. İsveçrədəki qarşılaşmanı 18 min 26 azarkeş izləyib.
Qeyd edək ki, mərhələni 12 görüşünə ümumilikdə 73 min 278 nəfər gəlib.