Yoxlama oyunu: "Real" "Mançester Yunayted"ə qalib gəldi

12:03 27 İyul 2023

Hyustonda (ABŞ) “NRG” stadionunda “Real” və “Mançester Yunayted” arasında yoxlama oyunu keçirilib.

Sportarena.az xəbər verir ki, matç Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qələbə qollarını yeni transferlər Cud Bellinqem (6-cı dəqiqə) və Xoselu (89) vurublar. 

Digər yeni transfer Arda Güler isə zədə səbəbindən sözügedən görüşdə iştirak etməyib.

"Real" növbəti yoxlama  görüşünü "Barselona"ya qarşı keçirəcək. "Mançester Yunayted" Dortmund "Borussiya"sı ilə növbəti yoxlama oyununu təyin edib. 


Digər xəbərlər

Xəbər xətti